Sumqayıtda qəza - 1 ölü, 3 yaralı
11.03.2019

Sumqayıtda qəza - 1 ölü, 3 yaralı

Sumqayıtda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Visiontv.Az Trend-ə istinadən xəbər verir ki, hadisə gecə saat 02.00 radələrində Corat qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Kəllə beyin travması alan xəstələrdən birinin vəizyyəti ağır olduğundan Bakıya göndərilib. Digər yaralılar isə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında reanimasiyaya yerləşdirilib.