24.010.2020
Axtar
Ölkə
alt

Sumqayıtda ölən fəhlə "Azərenerji"nin işçisi imiş

Sumqayıt şəhər prokurorluğu bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

Visiontv.az Report-a istinadən xəbər verir ki, şəhər prokurorluğundan bildirilib ki, sentyabrın 18-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində Kənan Ağayevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla “Azərenerji” ASC-nin Sumqayıt Yüksək Gərginlikli Eletrik Şəbəkəsinin həyətində fəhlə işləyən Kənan Ağayevin perforator ilə sığınacaqda təmir işləri görən zaman elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Şərh