Sumqayıtda uçqun altında xəsarət alanlar nəzarətdədir-Millət vəkili Ceyhun Məmmədov
10.06.2020

Sumqayıtda yaşayış binasında uçqun hadisəsi baş verib.

Visiontv.az  istinadən xəbər verir ki, hadisə 12-ci mikrorayonda qeydə alınıb.

İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Hadisə zamanı dağıntıların altında qalanların olduğu bildirilir.

Bu barədə millər vəkili Ceyhun Məmmədov bildirib ki, bu gün Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən məcburi köçkünlərin məskunlaşdığı binanın giriş hissəsində uçqun hadisəsinin baş verməsi barədə məlumat aldıq: "Sözügedən hadisə ilə bağlı dərhal Cəbrayıl Rayon İcra Hakimiyyəti və orada yaşayan sakinlərimizlə əlaqə saxladıq. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları və Cəbrayıl Rayon İcra Hakmiyyətnin səlahiyyətli nümayəndələri hadisə yerindədirlər. Müvafiq tədbirlər görülür".