Stilist Anarın ölüm səbəbi bəlli oldu
06.01.2020

Şou-biznesdə Şanel ləqəbi ilə tanınan stilist Anar bu gün dünyasını dəyişib.

Visiontv.az xəbər verir ki, bu barədə Lent.az -a imic ustasının yaxınları məlumat verib. Bildirilib ki, stilist uzun sürən xərçəng xəstəliyindən yaşadığı mənzildə dünyasını dəyişib: "İki gün idi ki, xəstəxanadan evə buraxılmışdı. Bizə bu barədə danışmaq çox ağırdır. Anarı itirdik. Allah o dünyasını versin" .

Qeyd edək ki, Anar bu günə qədər şou-biznesdə Nazpəri Dostəliyeva, Nisə Qasımova, Damla, Günay İbrahimli, Pərvin Abıyeva, Lalə Məmmədova, Elza Seyidcahan kimi tanınmış simalarla işbirliyi olub.