STATUSKAR - Şöhrət El-Dəniz
STATUSKAR - Şöhrət El-Dəniz
22.01.2021 Şöhrət El-Dəniz Tərəfindən

Həftə ərzində baş verənlərə Feysbukda bu cür qiymət verdim.

-Sözün, səsin eşidilməsi üçün intelekt lazım deyil. Burnun uzun olmalıdır ki, hara gəldi soxsan. Ağlın olmasa da qəbul edib, dinləyib hələ üstəlik mükafat da verəcəklər.

-21-ci əsrin 21-ci ili olmasına baxmayaraq bizim camaat hələ də it boğuşdurmaq, xoruz döyüşdürmək kimi feodal oyun növlərini xoşlayır. Özü də fərqinə varmır hansı məxluqlar arasında gedir bu mübarizə. Əsas odur ki, boğuşmaq, döyüşmək olsun. Artıq mətbuat və televiziyalar bu döyüş növünün təbliğinə başlayıb.

-Azərbaycan yeganə ölkədir ki, vətəndaşı hələ də yaxşı və pis müstəntiq tryukuna inanır.

-Əslində hadisə bu cür olur. Səhər yuxudan duran şahzadə, kral, milyarder gözünü ova-ova qulluqçusuna ölkənin rəhbəri ilə əlaqə saxlamasını tapşırır. Səhər yeməyində yumurtanın sarısını qaşıqla ağzına qoyub baş nazirə deyir ki, Yer kürəsinin Avropa və Asiyanın qovuşduğu məkanda milyardlarla gəlir gətirən torpaq sahələri var. Gör orada yaşayan məxluqları qovub çıxartmaq mümkünsə çıxardın, mümkün deyilsə problemlərini həll edin imperiyaya pul lazımdır. Və dediyi hadisə bir aydan sonra baş verir. Yerli camaatın "ağıllı" təbəqəsi də geopolitikadan, beynəlxalq vəziyyətdən, siyasi və hərbi qarşıdurmaların regional və qlobal əhəmiyyətindən, demokratiya və söz azadlığından, haqdan, ədalətdən palaz-palaz məqalələr yazıb özlərinə ürək dirək verirlər. Ki, mustəmləkəçilər bizimlə bərabərhüquqlu iş görür.

-KİVDF-nin sədri Vüqara ayrılan milyonlardan vaxtilə Milli Televiziya və Radio Şurasının sədri Nüşrəvana da ayrılırdı. O da guya pulları televiziyalar arasında bölüb önların səviyyəsini qaldırırdı. Nəsə heç nəyi qaldıra bilmədilər. İmpotent qaldı bədbəxtlər.

Nə əcəb o pullar barədə maraqlanan yoxdur.

-Müharibədən sonrakı durum.

1. Azərbaycan siyasilərinin və mətbuatın səsi ən yaxşı halda elə öz pulumuzla yaradılan Türkiyənin XƏBƏR GLOBAL (HABER GLOBAL) kanalında eşidilir.

2. İçi mən qarışıq, hamı ölkədə baş verənləri yox, Beynəlxalq münasibətləri müzakirə edir.

3. Hamı Sosorçu axtarır ki, düşmən elan edib medal taxdırsın yaxasına.
Nəticə

1. Bütün bunlar ac-yalavac camaatın başını qatmaq üçün edilir.

2. Müharibədir deyib haqsızlığa susmağı təlqin edirlər.

3. Mətbuatı və cəmiyyəti bərbad günə qoyanlar, bir-birləri ilə mübarizə aprır imitasiyası yaradıb gündəmə yeni fikirlərin girməsinə mane olurlar.

4. “Ura” deyib sinəsini güllə qabağına verənlərin arxasından mal-mülk qazanırlar.

5. Səsli danışanlara elə öz səsimizdən olanlar Sorosçu damağsı vurub susdururlar.

6. Şəhid və qazi adı arxasında "humanist"lər, "yardımsevərlər" min fırıldaqlar, oyunlar çevrir.

Və.s

Visiontv.az