STATUS: Yaxşı edib yoxlayırlar, amma yaxşı yoxlamırlar-İttifaq Mirzəbəyli
10.07.2020

Axşam üstü işdən çıxanda çörək almaq üçün böyük mağazalardan birinə girdim. Gənc oğlan əvvəlcə əlimə spirt püskürtdü və sonra pistoletəbənzər hərarətölçəni alnıma yaxınaşdırdı.

Soruşdum, necədir?

Dedi: 34, onda üç.

Dedim, məgər mən öləndən sonra da gəzə bilirəm?

Uşaq qayıtdı ki, dayı, mən sizin temperaturunuzu az və ya çox deməklə nə qazanıram ki, həqiqəti deməyim?

Arqumenti güclü olsa da, əlindəki -- farsın sözü olmasın, dəsgahı it günündə idi.

Tənbəllik etmədən həmin mağazanın adaşı olan ticarət mərkəzinə qayıtdım və orada dediər ki, hərarətiniz 36, onda ikidir.

Yəni... uffff.

Visiontv.az