STATUS: Tibbi maska taxmaq neçəyə başa gəlir-azpost.info-nun baş redaktoru Xaqani Səfəroğlu
03.06.2020

Qaydaya görə, tibbi maskalar mürəkkəb epidemioloji vəziyyətlər zamanı hər iki saatdan bir dəyişdirilməlidir.

Adi şərtlərdə isə vasitənin daşınma müddəti maksimum 6 saatdır. Operativ Qərargah aydınlıq gətirməlidir: Maska gün ərzində necə dəyişdirilməlidir? Bizdə indi mürəkkəb epidemioloji vəziyyət sayılır? Əgər mürəkkəb epidemioloji vəziyyət hesab olunursa o zaman vətəndaşlar hər gün yeni maska almalıdırlar. İki nəfər əgər 6 saat işdə, küçədə olarsa hər biri iki saatdan bir 3 təzə maska taxmalıdır. Bu hər gün yeni 6 maskanın alınması deməkdir.

Gündə 1 manat 80 qəpik pul ödəmək lazım gələcək. Bu ayda 54 manat edir. Adi şərtlərdə isə bu gündə 2 maska deməkdir. 30 gün *60 qəpik = 18 manat edir. Ayda iki nəfərə 18 manat pul xərclənməlidir. Əgər ailədə 2 uşaq varsa bu da əlavə 18 manat edir. Cəmi 36 manat. Maskadan düzgün istifadə olunması çox vacibdir.

Visiontv.az