STATUS-Təkliflərdən senzura iyi gəlir-Azpost.info-nun baş redaktoru Xəqani Səfəroğlu
31.05.2020

Mətbuatda islahatlar barədə çıxışlar səslənir.

Bir sıra hallarda bu təkliflərdən senzura iyi gəlir.
KİV-də yenidənqurma üçün velosiped kəşf etməyə ehtiyac yoxdur. Burada əsas məsələ yanaşmadır.
Media idarəçiliyinin yeni prioritetləri informasiya texnologiyalarının, sosial medianın və informasiya təhlükəsizliyinin şərtləri əsasında təşkil edilsə faydalı olar. KİV-lərin maliyyə dayanıqlığı onların peşəkar idarəçiliyi ilə mütənasib olmalıdır.
KİVDF Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq edərək KİV-lərə güzəştli şərtlərlə aşağı faizlə kreditlər verilməsinə vasitəçi ola bilər. İllərdir sözü gedən Reklam Fondu yaradılaraq dövlət qurumlarının qanunla nəzərdə tutlan sosial reklamlarını oradan bölüşdürmək olar.
KİVDF innovativ startap media layihələrini dəstəkləmək üçün maliyyə yardımını təşkil edə bilər.