STATUS: Özünüzü alverçi həkimlərdən və dərman firmalarından qoruyun-həkim Hidayət Mustafayev
04.06.2020

Kecmişdə insanlar həkimlərə daha cox etibar edirdi. İnsafən həkimlər də bu fursətdən sui-istifadə etmirdilər.

Əslində buna şərait də yox idi. Sonra vəziyyət dəyişdi. Xəstələr həkimlələ yenə inansalarda, bəzi həkimlər xəstələrə qarşı xəyanət yolunu tutdular. Çünki dünya səhiyyəsinin ümumi bəlası olan dərman firmaları həkimlərə peşə borclarını unutdurmağa məcbur etdi. Təbii ki, əl əli yuyar, əldə üzü prinsipi ilə. Bu sistemə uymayan nadir həkimlərdən biri kimi deyirəm ki, bizim işimiz çox çətindir. Dərman firmalarının onalara edilən xidmətə görə verdikləri puldan imtina etməyim problem deyil.

Problem dərman firmaları ilə birgə işləyən “həmkarlarımın” yanıma gələn xəstələrə etdiyi “müalicələrinin” yaratdığı faciəvi fəsadlardır. Problem pul xatirinə bu insanların müalicəsinə dəxli olmayan onlarla dərman aldırtdırıb yedizdirdikləridi. Buna görədə bu gün cəmiyyətdə həkimlərin nə hörməti qalıb, nə də oanlara inanmırlar. Bəlkədə müalicə üçün xaricə üz tutan vətəndaşlarımızın əsil səbəbini elə burda axtarmaq lazımdır. Ona görə çalışın bu cür alverçi həkimlərdən və onlara alveri öyrədən dərman firmalarından özünüzü qoruyun.

Visiontv.az