STATUS: Çox demokratiyaların, azadlıqların əclaflıq, alçaqlıq, çaqqallıq, satqınlıq olduğu məlum olacaq-yazıçı Nadir Qocabəyli
04.06.2020

Ey ABŞ-ı ideallaşdıranlar, demokratiya aşiqləri, insan haqları dəllaları, söz azadlığı idxalçıları nooldu bəs? Niyə demokratiyanızın beşiyi dağılır? Azad mətbuatın, ədalətli məhkəmələrin, azad bazar münasibətlərinin beşiyi olan ölkədə bu qədər narazılıq, bu qədər nifrət, bu qədər aqressiya haradan qaynaqlanır? Bu insanlar niyə küçələrə tökülüblər? Bəlkə, dəli olublar, qudurublar, quduzlaşıblar?

İnanıram ki, daha Qərbdəki söz azadlığından, sərbəst toplaşmaqdan, azad iqtisadi münasibətlərdən, demokratik seçkidən danışmağa üzünüz gəlməyəcək.

Bir az abır-həya edəcəksiniz...

Hələ bu harasıdır. Çox şeylər gün üzünə çıxacaq, çox sirlər faş olacaq, çox demokratiyaların, azadlıqların əclaflıq, alçaqlıq, çaqqallıq, satqınlıq olduğu məlum olacaq...

Visiontv.az