STATUS - Bir çox millət vəkillərinin mövqesiz, qaranlıq və qorxaq susqunluğu - telejurnalist Rüstəm Əbülfətoğlu
29.05.2020

Deputatlar Prezidentin deyə bilmədiyi sözü deməlidirlər

Prezident İlham Əliyevin əminliklə VI çağırış Milli Məclisin üzvlərindən daha fəal, aydın və fədakar mövqe gözləntisi təəssüf ki, bir çox millət vəkillərinin hələ də mövqesiz, passiv, qaranlıq və qorxaq susqunluğu ilə müşaiyət olunur.

İLHAM ƏLİYEV: "...BU GÜN AZƏRBAYCAN İQTİDARI TƏRƏFİNDƏN APARILAN SİYASİ KURSA ALTERNATİV YOXDUR. Bunun da çox sadə səbəbləri var. Son illər ərzində ölkəmizdə müşahidə olunan inkişaf, əlbəttə ki, insanları inandırır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Artıq 27 ilə yaxındır ki, biz sabitlik şəraitində yaşayırıq, görün, bizim ətrafımızda hansı proseslər baş vermişdir - müharibələr, qaçqınların axını, çevrilişlər, vətəndaş qarşıdurması, böhranlar. Ölkələr parçalandı, demək olar ki, bəzi ölkələrin coğrafi sərhədləri real vəziyyəti əks etdirmir, yəni, bu ölkələr, sadəcə olaraq, xəritələrdə öz suverenliyini və ərazi bütövlüyünü saxlayırlar. Əslində, çoxdan itiriblər, çoxdan bölünüblər tayfalara, təriqətlərə, müxtəlif bölgələrə. Bizim qonşuluğumuzda nə qədər acınacaqlı proseslər, inqilablar gedib. Hansı inqilab kimə xeyir gətirib? Ancaq ziyan, ancaq problemlər, ancaq qarşıdurma və bu qarşıdurmalar davam edir. İndi postsovet məkanına və Azərbaycanın vəziyyətinə baxın. Mən indi müqayisə edə bilmərəm, amma siz edə bilərsiniz. DEPUTATLAR PREZİDENTİIN DEYƏ BİLMƏDİYİ SÖZÜ DEMƏLİDİR və əminəm ki, belə də olacaq.” Sitatın sonu.