STATUS: Axı siz "razborşik" deyilsiniz, dövlət adamısınız...-Alqış Musayev
04.06.2020

Xarici İşlər naziri Elmar Məmmədyarovun oğluna məxsus, Nyu Yorkdakı mülklərlə bağlı məsələyə Xarici İşıər Nazirliyindən gələn açıqlama belədir:" Bu, Xarici İşlər nazirinin şəxsi həyatıdır."

Bir qədər əvvəl, Elmar Məmmədyarov bir tədbirdəki anlaşılmaz nitqiylə bağlı oxşar ədayla izah vermişdi: " Mən fikrimi deyirəm, Başa düşən başa düşür. Başa düşməyən də özü bilər."

Cənablar, nə alırsız alın, nə verirsiz verin. Hansı dildə istəyirsiniz danışın.

Özünüz bilərsiniz.

Amma cəmiyyətə bu tonda yanaşmayın.

İnsanları sizin xaricdəki mülklərinizdən daha çox belə saymazyana rəftarınız qıcıqlandırır.

Axı siz "razborşik" deyilsiniz, dövlət adamısınız...

Visiontv.az