Sosial şəbəkə hesablarınıza hücum - Kibertəhlükəsizlik
13.03.2023

“Kibertəhlükəsizliklə bağlı məsələyə kompleks yanaşma olmalıdır”.

Bunu Azərbaycan Mətbuat Şurasında Şuranın və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin birgə təşəbbüsü ilə "Kütləvi informasiya vasitələrinin kiber təhlükəsizlik problemləri" mövzusunda "dəyirmi masa"da Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib.

“Sizin sosial şəbəkələrdə hesablarınız, səhifələriniz oğurlananda bu sosial şəbəkələrdən oğurlanmır. Sosial şəbəkələrə hansısa bir hücum olmur, sizin səhifələriniz, hesablarınıza insan faktoru ilə bağlıdır. Media qurumlarında informasiyanın hazırlanmasına, yayımlanmasına kifayət qədər vəsait cəlb edilir. Bəs IT standartına, texnologiya standartlarına nə qədər əməl olunur? IT mütəxəssislərinə verilən maaşlar kifayətdirmi? Bizim əməkdaşlar arasında Kibertəhlükəsizlik mütəxəssisi varmı? Kiber təhlükəsizlik, kiber gigiyenika ilə bağlı qurumlarımızda semimar olubmu? Bu məsələləri, sualları uzada bilərik”.

Bu gün rəqəmsallıq payını artırdıqca, rəqəmsallıq ölkədə istər dövlət qurumları, istərsə də özəl sektorda hərşey rəqəmsallaşır. Rəqəmsallaşma payını artırdıqca, onun təhlükəsizliyi də artmalıdır“.

E. Abbasov bildirib ki, bütün bunlara görə xüsusi ştatların yaradılmadına ehtiyac var.

“Bütün bu məsələlərin üzərində konkret düşünmək lazımdır. Bu məsələlərə şəxsi zəmində də aparılmaldır”

1News.az