Sosial sahədə növbəti inqilabi addım - Əhalinin maddi durumu daha da yaxşılaşacaq - VİDEO
20.06.2019

“Əmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına və beləliklə, iqtisadiyyatın digər sferalarına da öz töhfəsini verəcək”.  Millət  vəkili  Tahir  Mirkişili  bildirir ki, 2018-ildə Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar iqtisadiyyatda şəffavlığın səviyyəsini artırıb,  iqtisadi  artımın  yeni  mənbələrinin  tapılmasına imkan  yaradıb, həmçinin  qeyri-neft  sektorunun  sürətli  inkişafı təmin  olunub. Bu isə  öz növbəsində  xeyli vətəndaşımızın maaşının artmasına  şərait yaradır.  

Qeyd edək ki, əhatə dairəsi 3 milyard manatdan artıq olan sosial islahatlar paketinin  mühüm istiqamətlərindən biri də müəlllimlərlə bağlıdır. Belə ki, sərəncam ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir.  Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, bu ilin sentyabr-dekabr ayları üzrə isə 73 milyon manat vəsait ayrılacaq.  

Bu ilin əvvəlindən etibarən dövlət başçısı tərəfindən qəbul edilən qərarlar  qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan vermişdisə, növbəti  sərəncamlar  əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq.