“Son zəng”in hansı şərtlərlə keçiriləcəyinə aydınlıq gətirilib
10.06.2021

Təhsil naziri bu il ümumtəhsil məktəblərində “Son zəng” tədbirlərinin hansı şərtlərlə keçiriləcəyinə aydınlıq gətirib.

O deyib ki, “Son zəng”in keçirilməsi ilə bağlı konkret şərtlər yaxın günlərdə elan ediləcək: “Şərtlər çox sadədir, açıq havada keçiriləcək, say məhdudiyyəti olacaq, kiçik saylı məktəblər üçün təhlükə görmürük, şagird sayı 100-dən artıq olan məktəbdə yəqin ki, bir neçə hissədən ibarət olacaq. Karantin qaydalarına, sosial məsafəyə əməl etmək də şərtlərə daxildir. Uzun müddət məktəbdən kənar qalmış minlərlə şagirdimiz üçün “Son zəng”i qeyd etmək yaxşı xəbərdir. “Son zəng” tədbirində “Məktəblinin dostu” və könüllülülər də çalışacaq”.