Son ümid yerinin bir ünvanı var: Heydər Əliyev Fondu- Mehriban xanım Əliyeva -deputat Nəsib Məhəməliyev
11.07.2020

Ümumbəşəri bəla hesab olunan koronovirus pandemiyasının dünya iqtisadiyyatına çox böyük zərbə vurdu. Bu fikirləri Millət vəkili Nəsib Məhəməliyev mətbuata verdiyi açıqlamada bildirib. O bildirib ki, Azərbaycanda da iqtisadi fəallıq aşağı düşüb, karantin rejiminin tıtbiq olunduğuna görə bir çox iş yerləri bağlanıb:

"Belə bir vəziyyətdə əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq dövlətin həyata keçirdiyi sosial siyasətlə yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu da çoxsaylı layihələr icra edir. Respublikamızın elə bir rayonu, bölgəsi, yaşayış məntəqəsi yoxdur ki, Fondun könüllüləri orada yaşayan tək-tənha, kimsəsiz insanların, imkansız ailələrin yanında olmasın. Ələlxüsus pandemiya dövründə belə bir həssas təbəqənin ərzağa və digər zəruri mallara olan tələbatını ödəmək, onların yaşam ümidini artırmaq, xalqın yanında olmaq çox əhəmiyyətlidir. Təhlillər göstərir ki, COVİD-19 virusu olduqca təhlükəlidir və ondan heç kim sığortalanmayıb. Hər səhər gündəlik xəbərlərlə tanış olarkən, bu və ya digər yerlərdə cəmiyyətimizin dəyərli insanlarının virusa yoluxduğunun şahidinə çevrilirik. Ayrı-ayrı tanınmış insanların, Qarabağ qazilərinin xarici ölkələrdə müalicəsinin zəruruliyi barədə məlumatlara rast gəlirik. Bütün bu kimi fors-major vəziyyətlərin, son ümid yerinin bir ünvanı var: Heydər Əliyev Fondu- Mehriban xanım Əliyeva. Şəhid olan gizirlər Adil Adilzadənin və Teymur Qasımovun Mingəçevirdə yaşayan ailələrinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil veriləcəyi xəbəri söylənilənlərə daha bir misaldır. Təbii ki, həm bu addım, həm də uzun illər ərzində həyata keçirilən sosial layihələr, göstərilən diqqət və qayğı, çəkilən əziyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir”.

visiontv.az