SON DƏQİQƏ: Ukrayna qisas aldı: Rusiyanın MƏŞHUR GƏMİSİ ələ keçirildi
25.07.2019

Ukrayna Təhlükəsizlik Xidməti Kerç boğazında Rusiya tankerini saxlayıb.

Bu məlumat Ukrayna Təhlükəsizlik Xidmətinin Feysbuk səhifəsində yerləşdirilib. Məlumata görə, saxlanılan tankerin NEYMA-dır.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, məhz bu tankerdən noyabrda Ukrayna hərbi gəmilərinin Kerç boğazından keçidinə mane olmaq üçün istifadə edilib. Rəsmi Kiyev gəmini Rusiya bayrağı altında Odessadakı İzmayıl limanına daxil olan zaman yaxaladığını açıqlayıb. Kəşfiyyat gəmiyə NEYMA adının yeni verildiyini, Ukrayna gəmiləri saxlanılan zaman onun NİKA SPİRİT adlandırıldığını vurğulayıb.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Kerç boğazında ötən ilin 24 noyabrında Ukrayna gəmilərini saxlamışdı. Nəticədə 24 ukraynalı hərbçi Rusiyaya aparılmışdı.

Onlar hələ də həbsdə saxlanılır. axar.az