Son anda erməni diversantlarının təhvil verilməsindən imtina fikri düşünürəm ki, həqiqətə uyğun deyil - deputat Nəsib Məhəməliyev
Son anda erməni diversantlarının təhvil verilməsindən imtina fikri düşünürəm ki, həqiqətə uyğun deyil - deputat Nəsib Məhəməliyev
10.04.2021 Nəsib Məhəməliyev Tərəfindən

Artıq 3 gündür İrəvanda Azərbaycanda terrorçu-diversant kimi həbsdə olan ermənilərin valideyinləri, ictimaət və mətbuatın hay-küyü səngimir. Səbəb  Paşinyanın Putinlə görüşündən sonra Azərbaycanda törətdikləri cinayətə görə həbsda yatan ermənilərin azad edilməsi ilə bağlı dövrüyəyə buraxılan informasiya oldu. Belə ki, Rusiyanın Rostov şəhərindən qalxan təyyarə Bakıdan keçərək Ermənistanın Erebuni hava limanına eniş edib.

Erməni mətbuatı Azərbaycanın həbs etdiyi terrorçuların gəlməsini xəbər versə də, təyyarədə rus sülhməramlıların rəhbəri general-leytenant Rustəm Mamedovdan başqa kimsə olmadı. Və bununlada İrəvanda etiraz dalğasına start verildi. Baş verən hadisə bir çox suallar və müəmmalar yaratdı. Bununla bağlı əməkdaşımız Milli Məclisin deputatı Nəsib Məhəməliyevdən mesahibə götürüb. 

-Ermənistanda Azərbaycanda saxlanılan hərbi cinayətkarların guya təhvil verəcəyi ilə bağlı yayılan informasiyanın məqsədi nə idi? Doğurdanmı əvvəlcədən razlıq olub və son anda rəsmi Bakı bu razlaşmadan imtina edibdir? 

Son anda erməni diversantlarının təhvil verilməsindən imtina edilməsi fikri düşünürəm ki, həqiqətə uyğun deyil. Ancaq bu da faktdır ki, milli maraqlarımızla uzlaşmayan istənilən məqamda Prezident İlham Əliyev istənilən qüvvəyə yox deməyi bacardığını dəfələrlə sübut etmişdir. Problem ondan ibarətdir ki, hal-hazırda nizamlama prosesində cavabını gözləyən kifayət qədər vacib  suallar yaranmışdır. 
- minalanmış ərazilərin xəritələri təqdim olunmamışdır.
- üçtərəfli bəyannamənin 4-bəndi tam şəkildə icra olunmamış, Qarabağ ərazisindən erməni silahlıları tam təmizlənməmişdir, 
- Ermənistanın əksər siyasi təşkilatları tərəfindən revanş çağırışları səslənir, Rusiyanın dəstəyi ilə yeni ordunun formalaşdırılması istiqamətində işlər aparılır,
- Şuşaya atılmış “İsgəndər” raketləri ilə bağlı hələ də Rusiya tərəfi konkret izahat verməmişdir,
- Rusiya federal kanallarında və bəzi ermənipərəst rəsmi şəxslərin dili ilə ölkəmizə qarşı qarayaxma kompaniyası davam etdirilir, 
- sülhməramlıların missiyası ilə uzlaşmayan nəzərdə tutulmayan tikinti işləri, müxtəlif vasitələrlə erməniləri Qarabağda məskunlaşdırma siyasəti aparılır,
- Regiona aid olmayan şəxslərin Laçın dəhlizi vasitəsilə buraxılması baş verir. 

Bu suallar  cavablandırılmamış, adekvat addımların atılması bizim maraqlarımıza uyğun deyil.
Məsələ ondadır ku, Ermənistanda daxili ictimai-siyasi vəziyyət son dərəcə gərgindir. İtkin və əsir düşmüş hərbçilərin valideynləri hər gün piketlər, etiraz mitinqləri təşkil edir, hakimiyyətdən təzyiqlə izahat tələb edirlər. Dünən müdafiə nazirliyini mühasirəyə alaraq giriş-çıxışı bağlamışlar. Hətta erməni generalların ac, susuz qalmaları, hasarı aşaraq gizli qaçmaları barədə məlumatlar yayıldı. Hökumət təzyiqlərdən qaçmaq üçün xalqı yenə aldatmaqla məşğuldur. 

-Ümumiyyətlə belə bir danışıqların aparıldığına və hansısa razlaşmanın olduğuna inanırsınızmı? 

- Rusiya və Azərbaycanın ali siyasi rəhbərlikləri arasında belə bir razılaşmanın olmasına inanmıram. Prezident İlham Əliyevin prinsipial mövqeyi bəllidir. Paşinyanın Putindən növbəti dəfə xahiş etməsinə baxmayaraq, düşünmürəm ki, Putin indiki vəziyyətdə analoji xahişlə cənab Prezidentə müraciət etsin. Seçkiqabağı belə bir kartblanşın Paşinyana verilməsi  qonşu ölkənin apardığı siyasətə uyğun deyil. Ola bilsin Rusiya baş prokuroru regiona səfəri çərçivəsində  bu məsələyə toxunsun. Ermənilər də bunun ətrafında ajiotaj yaratsınlar. Divetsantların azad edilməsi, Paşinyan hakimiyyətinə seçkiqabağı əlavə dividentlərin verilməsi deməkdir. Bundan ötrü Ermənistan hakimiyyəti sadaladığım suallara ciddi yanaşmalıdır. 

Nəsib müəllim, bu cür informasiyanın dövrüyəyə buraxılması ermənilərin növbəti təxribatı hesab etmək olar? Çünki general Rustəm Mamedov da erməni mətbuatına verdiyi müsahibədə bu hadisəni ermənilərin təxribatı kimi dəyərləndirmişdi. 

-Bu kifayət qədər ciddi məsələdir. Ermənilər adəti üzrə  bütün problemləri başqalarının əli ilə həll etməyə alışıblar. İndiki halda dayanıqlı sülhə hesablanmış konkret addımlar atılmalıdır. 

Əsas səbəb qarşı tərəfin kompomisslərə hazır olmamasıdır. Ona görə də bu mövzunun müxtəlif səviyyələrdə danışıqlar predmeti olması təbiidir. Nə qədər ki, erməni tərəfi keçmişdən düzgün nəticə çıxararaq konstruktiv yanaşma sərgiləmir, gərginlik davam edəcəkdir. Güzəştlər birtərəfli olmamalıdır. Müharibə qanunlarına görə uduzan tərəf daha çox güzəştə  məhkumdur. Təəssüf ki, erməni tərəfi Azərbaycanın xeyirxah niyyətini lazımınca qiymətləndirmir.

Visiontv.az