Son 6 ildə 1460 nəfər Azərbaycana readmissiya edilib
11.02.2020

Dövlət Miqrasiya Xidməti (DMX) 2014-cü ildən bu günə qədər olan readmissiya sayını açıqlayıb.

Visiontv.az-ın verdiyi xəbərə görə, DMX-dan bildirilib ki, xaricdə qanunsuz yaşayan vətəndaşlarımızın ölkəyə qayıtması prosesinin beynəlxalq hüquqi çərçivədə tənzimlənməsi ilə bağlı imzalanmış readmissiya sazişləri çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən işlər davam etdirilir.

Hazırda qüvvədə olan readmissiya sazişlərinə əsasən, 2014-cü ildən etibarən ümumilikdə 1460 nəfər ölkəyə readmissiya edilib.

APA