Snayperlər Paşinyanı belə qoruyur - VİDEO
04.03.2021

Xəbər verdiyimiz kimi, dünən Ermənistan parlament binasının qarşısında müxalifətin etiraz aksiyası keçirilib.  Visiontv.az-ın erməni mediasına istinadən xəbər verir ki, aksiya ərəfəsində ölkənin Baş naziri Nikol Paşinyanı qorumaq məqsədi ilə təhlükəsizlik tədbirləri gücləndirilib.

Bununla əlaqədar polis parlamentin həyətində işıq-səs bombası, parlament binasında isə snayperlər yerləşdirib.

Snayperlər ərazidə çəkiliş aparan telekanallardan birinin kamerasına tuş gəlib.

Qafqazinfo