Sistani Məhərrəmlik tədbirlərinin onlayn keçirilməsi ilə bağlı fətva verib
13.08.2020

Sistani Məhərrəmlik tədbirlərinin onlayn keçirilməsi ilə bağlı fətva verib.

Visiontv.az xəbər verir ki, Publika.az-a danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, yazıçı-publisist Səyyad Salahlı qeyd edib ki, İranda Məhərrəmlik tədbirlərinin onlayn formada keçirilməsi ilə bağlı Ayətullah Əli Sistani fətva verib: “Sistani deyir ki, bu prosesləri məscidlərə insan toplamadan onlayn da keçirə bilərik. İranda da müxtəlif fikirlər var, ancaq əksəriyyət ənənəvi qaydada keçirməkdən çəkinir. Çünki orada həddindən artıq çox kütlə toplaşacaq. İranda isə koronavirus daha çox yayılıb. Biz insanların sağlamlığına nail olmalıyıq. İranda da mübahisə gedir, çox güman ki, insanların ziyarətə yığışmaması barədə rəsmi qərar verəcəklər.

Kərbəladakı ziyarətgahlarda da Aşura gününə qədər mərasimlərin keçirilməməsi haqqında fikirlər var. Çox güman ki, orada da keçirilməyəcək. Əsas məsələ insanların qəlbləri ilə Allaha bağlı olmalarıdır. İnsan gərək niyyəti ilə dini mərasimlərin keçirilməsinə səy göstərsin. Əsas qəlbin hökmü və arzusudur. Ölkəmizdə, İraq və İranda, digər İslam ölkələrində də müxtəlif fikirlər səsləndirilir. Ölkəmizdə Ramazan və Qurban bayramlarında xütbələr onlayn şəkildə oxundu və hamı tərəfindən də yaxşı qəbul olundu. İndi də çox düzgün qərar veriləcək və bunun da mərkəzində insanların sağlamlığı və təhlükəsizliyi duracaq”.