4.07.2020
Axtar
Hava
alt

Şimal bölgəsinə qar yağıb, temperatur mənfi 11 dərəcəyədək enib

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

Visiontv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb. Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 11,8 dərəcəyədək enib. 

Şərh