“Silahlı qüvvələrin maliyyə təminatı sahəsində təcrübə mübadiləsi” mövzusunda işçi görüşü keçirilib
13.04.2019

Azərbaycan və Rusiya arasında “Silahlı qüvvələrin maliyyə təminatı sahəsində təcrübə mübadiləsi” mövzusunda işçi görüşü

Visiontv.az xəbər verir ki, Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında 2019-cu il üçün əməkdaşlıq planına əsasən Bakıda “Silahlı qüvvələrin maliyyə təminatı sahəsində təcrübə mübadiləsi” mövzusunda işçi görüşü keçirilib.
 Qeyd edək ki, tədbirdə hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxslərin və mütəxəssislərin çıxışları olub, qarşılıqlı fikir mübadiləsi aparılaraq qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər dinlənilib.

mod.gov.az