Sevgililər Gününü qeyd edən 15 nəfər cərimələndi
Videonu Aç
17.02.2021

Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub.

DİN Mətbuat Xidmətindən Visiontv.az-a verilən məlumata görə, “Cənub” kafesində "14 fevral" günü ilə əlaqədar 15 nəfər şəxsin həmin günü qeyd etmələri aşkarlanıb.

İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokollar tərtib olunub.