Səsvermə günü Fransa XİN dövlət katibi Jan Batist Lemuanın Senatda çıxışı
26.11.2020

Noyabrın 25-də Fransa Senatında Dağlıq Qarabağın tanınması haqqında qətnamə ilə bağlı müzakirələr zamanı Fransa XİN dövlət katibi Jan Batist Lemuan bu sənədin əleyhinə çıxış edib. Onun çıxışı Fransanın Bakıdakı səfirliyinin saytında dərc olunub.

“Gəlin aydın danışaq, Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli şəkildə tanıması bu gün heç kimin: nə Ermənistanın, nə Dağlıq Qarabağda yaşayan sakinlərin, nə Fransanın, nə Minsk Qrupunun digər həmsədrlərinin, nə də bu məsələdə bizi dəstəkləməyəcək avropalıların xeyrinə olmayacaq. Bu, hökumətin siyasəti deyil, Ermənistanın siyasəti deyil, tərəfdaşlarımızın siyasəti deyil. Dağlıq Qarabağ münaqişəsinin həlli birtərəfli jestdən, fransızlardan deyil, tərəflər arasındakı dialoqdan gələcək

Bu gün tərəflərin bu dialoqu davam etdirmək üçün həmsədrlərin dəstəyinə həmişəkindən daha çox ehtiyacı var. Birtərəfli tanınmaya başlamaq heç bir maraq kəsb etmir", - dövlət naziri deyib.

Qeyd edək ki, Senat Lemuanın fikrinə məhəl qoymayıb və 305 səs "lehinə", bir səs "əleyhinə" olmaqla qətnaməni qəbul edib.

Visiontv.az