Sərt karantin rejimi bu halda tətbiq ediləcək - RƏSMİ
26.07.2021

“Mövcud vəziyyətdə yoluxma sayında artım müşahidə edilir. Əgər yoluxma dinamikası sürətlənərsə, karantin rejimi sərtləşdirilə bilər”.

Visiontv.az xəbər verir ki, bu sözləri brifinqdə Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

“Ölkədə epidemioloji vəziyyət pisləşərsə, biz qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalarda çarpayılar dolur. Qapanma tətbiq etmədən bunun qarşısını almaq çətindir", - deyə Şahmar Mövsümov əlavə edib.