Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin sayı 21% artıb
20.01.2025

2024-cü il martın 20-dən dekabrın 20-ə kimi keçən müddət ərzində Şərqi Azərbaycan əyalətində müxtəlif sahələrdə baş verən iş qəzalarında 97 nəfər həyatını itirib, 1189 nəfər isə yaralanıb.

Bu barədə əyalətin Tibbi Ekspertiza Mərkəzinin rəhbəri Mehrdad Sitarə məlumat verib.

Məlumata görə, 49 nəfər hündürlükdən yıxılaraq, 22 nəfərə sərt cism dəyərək, 13 nəfər elektrik cərəyanı vurması, 2 oksigen çatışmazlığı, 10 nəfər yanıq xəsarətləri, 1 nəfər isə isə boğulma nəticəsində dünyasını dəyişib.

Mehrdad Sitarə ötən ilin eyni dövrü ilə müqayisədə iş qəzalarında ölüm halları 21% artıb.

Qeyd edək ki, müstəqil həmkarlar ittifaqları və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini deyirlər.

Onların fikrincə, ölüm və yaralanma halları rəsmi statistikada göstəriləndən bir neçə dəfə çoxdur.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində, təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qoruyucu geyim, avadanlıqlarla təmin olunmamalarını ölüm hallarının çoxalmasında əsas səbəblərdən biri kimi göstərirlər.

visiontv.az