"Sergey Lavrovun səfərinə sözardı..." - Müsahibə
"Sergey Lavrovun səfərinə sözardı..." - Müsahibə
01.03.2023 MEDİA Tərəfindən

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 28 fevral 2023 – cü il tarixdə Bakı səfəri zamanı mətbuata açıqlamasında bildirdi ki, Azərbaycan tərəfi üçtərəfli görüşə hazırdır, Ermənistan isə yekun razılıq verməyib. Ermənistanın Rusiyanın vasitəçiliyi ilə danışıqlarından imtina etməsinin arxasında nə dayanır? Azərbaycan üçün Rusiyanın vasitəçiliyi müsbət nəticə verə bilərmi?

Sözügedən mövzu ətrafında Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyyətinin üzvü, professor Tahirə Allahyarova Visiontv.az saytına müsahibə verib:

"Rusiya Xarici İşlər naziri Lavrovun Azərbaycana səfəri iki ölkə arasında yüksək səviyyəli diplomatik dialoq prizmasında,  
Lavrovun səfərinin səbəbləri sırasında Moskva ilə İrəvan arasında münasibətlərin açıq-aşkar və birdəfəlik pozulması kimi də dəyərləndirən mövqelər də çoxdur. Bunu adi gözlə, Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatlarına əsasən görə bilərik: ikitərəfli münasibətlərdə  gərginlik dərəcəsi getdikcə artmaqdadır. 

Eyni zamanda, məhz belə bir məqamda Azərbaycan və Rusiyanın regional təhlükəsizliklə bağlı mövqeləri bir çox aspektlərdə üst-üstə düşür: həm Bakı, həm də Moskva Ermənistan ərazisində Avropa İttifaqının açıq şəkildə həyata keçirməyən genişmiqyaslı missiyasının mövcudluğunu düzgün hesab etmir və buradasülh danışıqlarının uğurlu prosesləri üçün  təhdidlər  görür.  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarova açıq şəkildə bildirdi ki, Aİ missiyasını “mülki” adlandırmaq çətindir və onun əsas vəzifəsi Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqdır. Həm Bakı,həm də  Moskva Avropanın Qafqaza sızmaq cəhdlərində yeni geosiyasi müdaxilə strategiyasını görməyə bilməz. Digər tərəfdən, Ermənistanın    Lavrovun Bakıya səfəri  ərəfəsində sərhədimizin intensiv atəşə tutması da nəzərdən qaçmadı, mediada geniş müzakirə edildi.Müəyyən mənada, Ermənistan bununla Rusiyanın həll variantının  alternativsiz olmadığın,  hər şeyin yalnız Moskvadan asılı olmadığını, nümayiş etdirmək istədi.

Danışıqlarda Cənubi Qafqazda və daha geniş Yaxın Şərq kontekstində təhlükəsizliklə bağlı regional məsələləri müzakirə edildi. Vacib əlavə kimi yeni mövzu: Şimal-Cənub dəhlizinin praktiki icrasına nəzər salınması da diqqəti çəkdi. Bütövlükdə, səfər gedişində regional aspekt birmənalı olaraq Ermənistan və Azərbaycan arasında danışıqlara, sülh yolu ilə nizamlanma perspektivlərinə, o cümlədən “dövlət sərhədinin müəyyən edilməsi probleminin və materikdən Naxçıvana” Azərbaycandan giriş rejiminin,Laçın dəhlizi ilə bağlı məsələlərin  müzakirəsi keçirildi. Bu məqamlar danışıqlarda əsas süjet xətti olsa da, ümumilikdə,   səfərin məzmununu ikitərəfli münasibətlər və daha geniş regional konteksti də əhatə edib.

Ermənistanın Rusiyanın vasitəçiliyi ilə danışıqlarından imtina etməsinin arxasında nə dayanır? 

Məlumdur ki, Ermənistan rəhbərliyinin son dövrdə  Rusiyanı sülh danışıqlarında nəinki vasitəçi, hətta təhdid kimi görməsinin bəyan edilməsi gündəmin əsas mövzularından biridir. Ümumilikdə Vətən müharibəsində rüsvayçı məğlubiyyətdən sonra erməni siyasi rəhbərliyi də, cəmiyyət də Azərbaycanın Zəfər qazanmasının əsas səbəblərindən biri kimi, hərbi müttəfiqi olan Rusiyanın onları müdafiə etməməsi ilə bağlı dəfələrlə ittihamedici açıqlamalar verməsi məlumdur. 

Postmüharibə dövründə bu ittihamlar Qarabağda müvəqqəti yerləşən Rusiya Sülhməramlı Kontingentinə(RSK)  münasibətdə səsləndirilir. Xüsusilə də, Xankəndi Laçın yolunda ekoaktivistlərimizin başladığı, bu gün 80ci gün davam edən aksiyadan sonra RSK münasibət kəskinləşib.Daha bir məqam,Rusiyanın layihəsi olan Ruben Vardanyan və Ermənistan siyasi rəhbərliyi arasındakı qarşıdurma münasibətləri idi. R.Vardanyanın  rüsvayçı istefası belə rəsmi Ermənistanın Rusiya ilə bağlı övqeyində hər hansı bir dəyişiklik yaratmadı.

Beləliklə, Ermənistan Ukraynada baş verən müharibə gedişində Rusiyanın ağır geosiyasi durumunu  özü üçün fürsət bilərək, Qərbə, Avropaya üz tutdu. Xüsusi olaraq vurğulanmalıdır ki, bu seçim də qəti şəkildə Ermənistanın öz müstəqil siyasi seçimi olmayıb, ilk növbədə Cənubi Qafqaz regionunun geostrateji dəyərinin olduqca artmasında maraqlı olan Qərbin diktəsi ilə baş tutub. Azərbaycanla sərhəddə Avropa Birliyinin Monitorinq missiyasının yerləşdirilməsindən sonra isə, ermənilər Rusiyanın vasitəçiliyi üzərindən xətt çəkdiyini nümayiş etdirib. Öz növbəsində, regionda təhlüksizliyin ətmin edilməsində 3cü kənar aktorların qarışmasına Rusiya XİN rəsmiləri aqressiv etirazını bildirib.

Zaxarova Qərbin Cənubi Qafqazda vəziyyətə müdaxilə etmək cəhdlərini aşkar "ədəbsizlik" adlandırıb. Bunun münaqişənin nizamlanması üçün deyil, tamamilə əks məqsədlə xidmət etdiyini bildirib.Rusiyanın Ermənistana xəbərdarlığı Lavrovun Bakıya səfərində bir daha vurğulandı. Ermənistanın Lavrovun sözlərinə reaksiyasında siyasi riyakarlığın nümunəsi kimi qəbul edildi:  Azərbaycanın Lavrov/Moskava ilə dialoq aparsa da, son məqamda Türkiyənin yanında tutacağı və bununla da, Rusiyanı regiondan sıxışdırıb çıxaracağı ilə bağlı fikirlər səsləndirildi.

Azərbaycan üçün Rusiyanın vasitəçiliyi müsbət nəticə verə bilərmi?

Bu gün postkonflikt barış dövrü məərhələsində tarixi sayılacaq  hadisə baş verdi. Martın 1-də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilən Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş RSK- nin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət   monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib. Maraqlı xəbərlərdən biri də, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmasların  Bakıda, Gəncədə və Ağdamda davam etdiriləcəyidir. Bir məsələni də qeyd edək ki, erməni tərəfi, Lavrovun səfər zamanı Laçın yolunda  texniki nəzarət qurğularının yerləşdirmə imkanlarına baxılması ilə bağlı fikirləri   ifadəsindən qorxuya düşüblər. Erməni analitiklər, Lavrovun Laçın yolunda nəzarət buraxılış məntəqəsi ilə bağlı  Noyabr Bəyannaməsində maddə olmadığını deməsini,sitat, “ermənilərə təsir etmək üçün son rıçaq və ümid mesajı”- kimi adlandırıb. Hətta texniki qurğular məsələsinin məhz dolayısı ilə sonda nəzarətlə əvəz ediləcəyi israrla tirajlanır. Beləliklə, səfərin müsbət nəticəsi deyə bilərik ki, ortadadır. Qarabağda ilk dəfə Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq Azərbaycan Respublikasına reinteqrasiyası ilə bağlı müzakirələr aparılıb.  

Ermənistan tərəfin rəsmi məlumatına əsasən, sitat, “görüşdə humanitar məsələlər və infrastruktur məsələləri, xüsusən insanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizindən fasiləsiz hərəkətinin bərpa edilməsi, Qarabağın Ermənistandan elektrik və qaz təchizatının bərpa edilməsi, habelə Kaşen (Qızılbulaq) mədəninin istismarı məsələləri müzakirə olunub.  Görüş,   konstruktiv olub və onun nəticələrinin çox gecikməyəcəyinə ümid edirik".( separatçıların liderinin nümayəndəsi Luçine Avanesyan ) Bütövlükdə, postmüharibə dövründə  Qarabağ erməni icması ilə baş tutan ilk danışıqlar, Rusiyanın sülh proseslərini intensivləşdirmək yönündə addımlarının tempini daha da yüksəldəcəyini, bununla Ermənistanın  regiona dəvət etdiyi 3=cü kənar qüvvə, Aİ humanitar missiyası üçün görüləcək heç bir iş  və şans verməyəcəyinə dəlalət edir.

Bu isə öz növbəsində, otuz illik işğala son qoyan Azərbaycan   liderinin siyasi iradəsi və  qətiyyətli   mövqeyindən çəkinməyəcəyinin regional və qlobal oyunçular tərəfindən etiraf edilməsinin göstəricisidir.  Diplomatik uğurlarla başlayan 2023cü “Heydər Əliyev” ilinin sülh danışıqlarına nail olunması və Qarabağın erməni icmasının Azərbaycan Respublikasına reinteqrasiyası ilə bağlı  müzakirələrin möhtəşəm nəticələrlə yekunlaşacağını deməyə əsas yaradır."

Bünyamin Bünyadzadə

Visiontv.az