Şəmkirdə quldurluq edən şəxs saxlanılıb
12.01.2022

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Visiontv.az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə soyuq silah qismində istifadə edilən əşya ilə zor tətbiq etməklə vətəndaşın pulunu və şəxsi əşyalarını ələ keçirməkdə şübhəli bilinən Elmar Əliyev tutulub.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs silah qismində istifadə etdiyi biçaqla həmkəndlisinə həyat və sağlamlıq üçün zor tətbiq edəcəyi hədəsi ilə 23 manat nağd pul, 1 ədəd 35 manat dəyərində mobil telefon və ir ədəd 30 manat dəyərində təsbehi quldurluq yolu ilə mənimsəyib.

Saxlanılan şəxs maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.