Şəmkirdə kişi ailə üzvlərini yandırıb
07.04.2020

Şəmkirin Seyfəli kəndində Vəli Vəliyev adlı şəxs ailə üzvlərini yandırıb.

Visiontv.az xəbər verir ki, Vəli Vəliyev hadisədən bir neçə saat əvvəl ailəsi ilə mübahisə edib və onlara bildirib ki, evi tərk etsinlər, əks təqdirdə evi yandıracağı ilə hədələyib. Daha sonra o, benzin tökərək altıotaqlı evi əşyaları ilə birlikdə yandırıb. Bu zaman ailə üzvləri də xəsarət alıb. Yaxınlarının sözlərinə görə, ailədə problemlər coxdan vardı.

Ailənin 3 yaşlı övladı Vəliyev Ömər Əkbər oğlu ev yanan zaman xisal edilib. İnsident zamanı ağır yanıq xəsarətləri alan 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu, 32 yaşlı Hüseynova Nərgiz Zahid qızı və 4 yaşlı Vəliyeva Banu Əkbər qızının vəziyyəti ağır olduğundan paytaxt Bakıya götürülüb.

Hadisəni törədən şəxs kecirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Binnət İsmayılov - GƏNCƏ