Şəmkirdə itkin düşən şəxs axtarılır
09.01.2020

Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Visiontv.az-ın verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumatda deyilir:

"Boyu 167 santimetr olan, arıq bədən quruluşlu X.Həsənovanın gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in 102 - Zəng Mərkəzi Xidmətinə, həmçinin 022 305 28 02 şəhər və (055) 235 76 06 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş edilir."