Şəmkir DYP-nin rəisi vəzifəsindən azad edilib
07.03.2021

Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) rəisi vəzifəsinə azad edilib.

Visiontv.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə polis mayoru Fəqan İsmayılov Şəmkir rayon DYPB-nin rəisi vəzifəsindən azad olunub. Nazinin digər əmiri ilə F.İsmaylov Sumqayıt şəhər  Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti bölməsinə komandir təyin olunub.

Hələlik  Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat yoxdur.