Şəkinin ən məşhur tarixi oteli bağlanır
17.09.2020

Şəki şəhəri "Karvansaray" Mehmanxana Kompleksi ləğv edilib.

Visiontv.az-ın məlumatına görə, fed.az xəbər verir ki, mehmanxana kompleksi ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1154 Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 11 A ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Şəki şəhəri "Karvansaray" Mehmanxana Kompleksi 21 yanvar 2002-ci ildə 12 min manat kapitalla yaradılıb. Şirkətin qanuni təmsilçisi Şahin Hüseynov Bəhram oğludur.