Şəkidə 26 yaşlı iki uşaq anası qızdırmadan öldü
21.01.2020

Şəkidə iki uşaq anası soyuqdəymədən ölüb.

Visiontv.az qafqazinfo-ya istinadən xəbər verir ki,​ rayonun 1993-cü il təvəllüdlü İnçə kənd sakini İsayeva​ Xəyalə Qəhrəman qızı ötən gün axşam saatlarında​ yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

X.İsayeva xəstəxanaya çox ağır vəziyyətdə qəbul olunub. Qəbul olunduqdan bir qədər sonra isə dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, X .İsayevanın səhhətində bir neçə göndür ki, yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub.