Şəkər xəstələri niyə artır?!-Mahir Bayram
01.08.2020

Hər adam həftədə 1 kq şəkər qəbul edir.

Deyəcəksiz ki, axı mən çaya heç şəkər (pesok) tökmürəm. Lap gözəl! Amma... Bu gün yediklərimizin demək olar, hamısinda şəkər var. Əgər çörəyin 40 %-i şəkərdirsə, hətta limonda şəkər varsa, daha nə istəyirsiniz?
1930-40-cı illərdə həkimlər (dünyanın hər yerində) şəkərli diabetiki “əl-əl axtarırdılar”, tapa bilmirdilər. Bu gün isə, hər 7-8 adamdan 1-i şəkər xəstəsidir. Bir neçə ildən sonra bu statistikanın 2-də 1-ə yüksələcəyi proqnozlaşdırılır. Bəs bu “müticəsinə qucaq açdığımız”, ağrısız və xəbərsiz yaxınlaşan fəlakətin səbəbi nədir?!
Birinci ondan başlayaq ki, əhali nisbətində ən çox şəkər xəstəsi ABŞ-da, ən az rast gəlinən və ya heç olmayan isə, ibtidai halda yaşayan qəbilələrdədir. Deməli, yaşam səviyyəsi yüksəldikcə, şəkər xəstəliyi də yüksəlir. Buna səbəb kimi hərəkətsizlik göstərilsə də, əsas bəla arxada gizlənmişdir. Belə ki, unun xarab olmaması üçün ona qatılan maddələr, konsentratlardan hazırlanan ən müxtəlif xoşagəlimli içkilər, hər çeşıddə hazırlanan tortlar, bulkilər, şəkərin özünə qatılan maddələr.., min illər boyu təbii maddələrlə qidalanmış orqanizmi çaşdırır, maddələr mübadiləsini pozur. (Təbii balı belə, istiliyi 40 dərəcədən yuxarı olan suya tökmək olmaz. Bəziləri çaya qarışdırıb içirlər. Bu çox zərərlidir!)
Şəkər beyinin, ağlın inkişafı üçün mütləq lazımdır. Bədəndə şəkər azalanda skleroz başlayır. Buradan belə çıxır ki, həftədə 1 kq şəkər qəbul ediriksə, biz hamımız dahi olmalıydıq. Amma, əksinə! Niyə belə?! Çün ki, qəbul etdiyimiz qidalardakı şəkərin ən azı 70 %-i bədənimizin arzuladığı şəkər deyil! Biz bədəni “ələ salıb” aldadırıq, o da əvəzini bizdən çıxır! “Nə tökərsən aşına, o da çıxar qaşığına!” Əlbəttə, tənbəlliyimiz, komputer, televizor qarşısında çox oturmağımız da öz yerində...