30.05.2020
Axtar
Dünya
alt

Səfir Merkeli Hitlerlə müqayisə etdi, işindən qovuldu

Maltanın Finlandiyadakı səfiri Zammit Tabona sosial media hesabında etdiyi paylaşımda Almaniya Kansleri Angela Merkeli nasistlərin lideri Adolf Hitlerlə müqayisə edib.

Visiontv.az DHA-ya istinadən xəbər verir ki, səfir paylaşımında bunları yazıb:

“75 il əvvəl Hitleri dayandırdıq. Angela Merkeli kim dayandıracaq? Özü Hitleri Avropaya nəzarət etmək xəyalını həyata keçirdi”.

Bu paylaşıma görə Malta Xarici İşlər naziri Evarist Bartolo Almaniya Səfirliyindən üzr istəyib. O, səfirin etdiyi paylaşımın Almaniya və Malta arasında münasibətləri əks etdirmədiyini söyləyib.

Zammit Tabona isə bu statusuna görə 2014-cü ildən bəri işlədiyi səfir postunu itirib.

Şərh