Sahibkarlarla növbəti görüş paytaxtın Xəzər rayonunda keçiriləcək
Sahibkarlarla növbəti görüş paytaxtın Xəzər rayonunda keçiriləcək
04.10.2022 Azəriqaz Tərəfindən

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Xəzər rayonunda görüşü təşkil olunacaq. Aksiya Zirə qəsəbəsi, Seyid Əzim Şirvani 40 ünvanında (Mədəniyyət  Mərkəzi) baş tutacaq. “Səyyar qəbul otağı” oktyabrın 7-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Visiontv.az