ŞAD XƏBƏR: Orta aylıq əməkhaqları ARTDI
17.07.2019

2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 583,7 manat təşkil edib.

Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, əməkhaqqı neft sektorunda 3168,5 manat, qeyri neftqaz sektorunda 524,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 471,9 manat, özəl müəssisələrdə isə 730,3 manat olub.