Sabunçuda partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
31.01.2023

Sabunçuda baş vermiş partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.

Visiontv.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, Sabunçu qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış Pakistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar:

"Hadisə zamanı evdə olan və bədən xəsarəti alanlardan 4-nün vəziyyəti orta ağırdı. Üzlərində, boyunlarında, əllərində, ayaqlarında 2-3-cü dərəcəli termiki yanıq diaqnozu ilə reanimasiya şöbəsində müalicələrini davam etdirirlər".

APA