Sabirabadda ağır yol qəzası: Ölən var
22.07.2020

Sabirabad rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Visiontv.az-a bildiriblər ki, iyulun 21-də saat 18 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində Yolçubəyli kənd sakini Teyyub Mikayılov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb.

Qəza nəticəsində sürücü və iki sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Hadisə ilə bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.