Sabahın hava proqnozu
11.02.2020

Bakıda və Abşeron yarımadasında fevralın 12-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Visiontv.az-a verilən xəbərə görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  5-8 dərəcə isti, Bakıda  gecə 0 dərəcəyə yaxın,  gündüz  6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 12-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə  5-10 dərəcə şaxta, gündüz  5-9 dərəcə isti,  dağlarda gecə 12-17, gündüz  0-5 dərəcə şaxta  olacaq.  

Tibbi-meteoroloji proqnoza görə, fevralın 12-də Abşeron yarımadasında arabir güclənən gilavar  küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.