S-400 komplekslərinin bütün təşəbbüsləri artıq Türkiyənin əlindədir
05.09.2020

Bu sözləri Rusiya Araşdırma İnstitutunun prezidenti Salih Yılmaz qeyd edib.

Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket komplekslərinin taleyi ilə bağlı fikirlərini bölüşən professor bildirib ki, sistemin bütün hissələri Türkiyəyə tədarük edilib və hərbi heyətin təlimləri başa çatıb: “Bundan sonra S-400 məsələsində təşəbbüs sadəcə Türkiyədədir. 1 saat ərzində aktivləşdirmə imkanlarına sahibdirlər”.

Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında Aralıq dənizində baş qaldıran gərginlikdən sonra Fransa Afinaya “Rafale” döyüş təyyarələrindən istifadə etmək təklifi verib.

publika.az