Rusiyanın xeyrinə casusluq edən şəxs saxlanılıb
25.11.2021

Polşada 66 yaşlı ölkə vətəndaşı Rusiya xeyrinə casusluq fəaliyyəti həyata keçirməkdə şübhəli bilinir.

Visiontv.az “TASS”a istinadən xəbər verir ki, həmin şəxs ölkənin Daxili Təhlükəsizlik Agentliyi tərəfindən saxlanılıb.

Polşa vətəndaşının ölkənin mənafeyinə xələl gətirəcək fəaliyyətlər həyata keçirdiyi iddia edilir.