Rusiyanın Ukraynanın təhlükəsizlik və müdafiə sektorunda cəsusları var
Rusiyanın Ukraynanın təhlükəsizlik və müdafiə sektorunda cəsusları var
22.09.2022 MEDİA Tərəfindən

Rusiya kəşfiyyatının Ukraynada, o cümlədən təhlükəsizlik və müdafiə sektorunda cəsus şəbəkəsi var.

Bu barədə Ukrayna prezidentinin Ali Radadakı nümayəndəsi Fyodor Venislavskinin brifinq zamanı deyib: "Düşməni qiymətləndirməmək düzgün deyil. Təəssüf ki, onların kəşfiyyat idarəsində o cümlədən Ukraynanın təhlükəsizlik və müdafiə sektorunda bir çox agentləri var. Düşünürəm ki, onlar bizim silahlı qüvvələrimizin gələcək addımlarını qismən də olsa müşahidə edib başa düşürlər".

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin növbəti aktiv uğurlu hərəkətlərinin qarşısını almaq üçün ruslar əks-addım atmağa çalışır. Məsələn səfərbərlik aksiyası buna sübutdur.

"Ancaq səfərbərlik prosedurunu həyata keçirmək eıə də asan qısamüddətli hərəkət deyil. Bunun üçün günlər yox, həftələr lazım”, - Venislavski izah etdi.

visiontv.az