Rusiyanın Ukraynada məğlub olmasından qorxan 4 ölkə
Rusiyanın Ukraynada məğlub olmasından qorxan 4 ölkə
24.05.2023 Elbəyi Həsənli Tərəfindən

ABŞ konqresinə bağlı “The Atlantic Council ” saytınında gedən “China, Iran, Belarus, and Armenia all fear a Russian defeat in Ukraine” (Çin, İran, Belarus və Ermənistan Rusiyanın Ukraynada məğlub olacağından qorxur) adlı məqalədə deyilir ki, bu siyahıda yer alan hər bir ölkənin Rusiyaya qələbə arzulamaqda öz marağı var və bu maraqlar fərqlidir.

Taras Kuzio yazır ki, Çin başa düşür ki, Rusiya-Ukrayna savaşında Putin uduzsa, Qərb daha da güclənəcək.

Belarus prezidenti Aleksandr Lukaşenkonun Vladimir Putindən başqa seçimi qalmayıb.

Beynəlxalq sanksiyalar sərtləşir. Qərb texnologiyalarından uzaq düşmüş Rusiya alternativ hərbi yardım mənbəyi kimi İrana üz tutub. İranın pilotsuz təyyarələri və digər təchizatların müqabilində Moskvanın Tehranı döyüş təyyarələrindən tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər hər şeylə təmin etdiyi, eyni zamanda İranın nüvə proqramına yardım etdiyi güman edilir...

Ermənistanda bəziləri Rusiyanın Ukraynada məğlub olması perspektivini ermənilər üçün ölüm-dirim məsələsi kimi görür. Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda ermənilərə xəbərdarlıq edib: “Rusiya Ukraynadakı müharibəni uduzsa, Ermənistanın başına nə gələcəyi barədə aydın təsəvvürə malik deyiləm”.

Məqalənin sonunda vurğulanır ki, əgər Rusiya Ukraynada məğlub olarsa, bu, bütün dünyaya təsir edəcək. Çin belə bir şokdan sağ çıxacaq qədər güclüdür, lakin geosiyasi cəhətdən zəifləyəcək. Belarus və İran rejimləri qeyri-müəyyən gələcəklə üzləşəcək və sağ qala bilməyəcəklər. Hazırkı şübhələrinə baxmayaraq, Rusiyanın məğlubiyyəti İrəvana Avropaya inteqrasiya yoluna qayıtmağa imkan verə bilər...

Elbəyi Həsənli

visiontv.az