“Rusiyanın qələbəsi utopiyadır”
“Rusiyanın qələbəsi utopiyadır”
13.08.2022 MEDİA Tərəfindən

Belə bir özgüvənli fikri Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski Donbasdakı vəziyyətdən danışarkən səsləndirib.

Unian.net-in verdiyi məlumata görə, Aleksandr Sırski cəbhədəki real vəziyyətdən danışıb, rusiyalı təbliğatçıların və Rusiya KİV-nin məlumatlarına inanmağa çağırıb, Donbasdakı işğalçıların "ildırım sürəti" ilə irəliləmələrinə dair açıqlamaları təkzib edib, bu fikirlərin tamamilə yalan olduğunu bildirib.

Ukraynalı general Rusiyanın qələbə qazanacağı barədə bəyanatların sadəcə utopiya olduğunu xüsusilə vurğulayıb və deyib ki, işğalçı qoşunlar real uğurları ilə öyünə bilməzlər".

P.S.

Ukraynalılar rus ordusunu və bütövlükdə Rusiyanı təkcə hərbi cəhətdən yox, həm də mənəvi-psixoloji cəhətdən sındırırlar.

Bəybala Mirzəyev

visiontv.az