Rusiyanın Qara dəniz donanması itkilərdən sonra Krım sahillərində gizlənir - Britaniya kəşfiyyatı
Rusiyanın Qara dəniz donanması itkilərdən sonra Krım sahillərində gizlənir - Britaniya kəşfiyyatı
17.08.2022 MEDİA Tərəfindən

Rusiya Qara Dəniz Donanmasının gəmiləri son dərəcə ehtiyatlı müdafiə mövqeyi tutmaqda davam edir. Patrul xidmətini yalnız Krım sahilləridən keçirməklə xidmətlərini məhdudlaşdırıblar.

Bu barədə Britaniya Müdafiə Nazirliyi Twitter-də məlumat yayıb.

Bu, Rusiyanın dəniz qüvvələrinin ilin bu vaxtı üçün xarakterik olan digər dənizlərdə artan fəallığı ilə ziddiyyət təşkil edir.

Britaniya kəşfiyyatının məlumatına görə, Qara Dəniz Donanması qurudan hücumları dəstəkləmək üçün uzaq mənzilli qanadlı raketlərdən istifadə etməkdə davam edir. Lakin hazırda dənizə effektiv nəzarət etməkdə çətinlik çəkir. Qara Dəniz Donanması flaqmanını,  "Moskva" kreyserini itirdi və "Zmeiny" adasında idarəetməni itirdi.

" Rusiyanın Qara Dəniz Donanmasının məhdud effektivliyi Kremlin ümumi işğal strategiyasını pozur. Ona görə ki, Odessa üçün dəniz təhlükəsi indi böyük ölçüdə zərərsizləşdirilib. Bu, Ukraynanın Rusiyanın quru qoşunlarına təzyiq göstərmək üçün resursları başqa yerə yönəldə biləcəyi deməkdir".  Britaniya Müdafiə Nazirliyi

visiontv.az