Rusiyanın hücumunun ilk iki həftəsində 100-ə yaxın rus tankçısı təslim oldu - Ukrayna kəşfiyyatı
Rusiyanın hücumunun ilk iki həftəsində 100-ə yaxın rus tankçısı təslim oldu - Ukrayna kəşfiyyatı
16.05.2022 MEDİA Tərəfindən

Martın ortalarına qədər 100-ə yaxın rus tankçısı Ukrayna hərbçilərinə təslim olub. Bu barədə mayın Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukrayna hərbi kəşfiyyatı Rusiya Federasiyası silahlı qüvvələrinin 1-ci tank ordusunun canlı qüvvə və texnikasının itirilməsinə dair sənədli sübutlar əldə edib: “Əldə edilmiş sənədlərin öyrənilməsi və təhlili Ukrayna ərazisinə hərbi müdaxilədə iştirak edən hissələrin siyahısını, döyüş zamanı həlak olan, itkin düşən, əsir götürülən və yaralanan işğalçıların hərbi rütbələrini və adlarını müəyyən etməyə imkan verib”.

Ukrayna kəşfiyyatının məlumatına görə, martın 15-nə Rusiya Federasiyasının 1-ci Tank Ordusunun ümumi itkiləri 409 nəfər təşkil edib. Ukrayna hərbçiləri 61 işğalçını məhv edib, 209 işğalçını yaralayıb: "Yalnız müharibənin ilk iki həftəsində 44 rus tankçı itkin düşüb, 96 nəfər isə təslim olub. Eyni zamanda Ukrayna müdafiəçiləri qeyd olunanlardan 308 hərbi texnikanı məhv ediblər”.

Əli Əliyev

visiontv.az