Rusiyanı qızıl satmaq üçün Asiya birjasına buraxmadılar və...
Rusiyanı qızıl satmaq üçün Asiya birjasına buraxmadılar və...
01.07.2022 MEDİA Tərəfindən

Mütəmadi olaraq birja iştirakçısı olan gənclərə, xüsusilə tələbələrə təmənnasız olaraq istiqamət verirəm. Soonuncu dəfə 4 gün öncə ilk dəfə idi ki, bir neçə UNEC öyrəncisi məsləhətlərimə qarşı çıxdı. Gənc dostlarım yaxın günlərdə dünya bazarında qızılın qiymətinin bahalaşacağını dedilər. Mən isə əksini deyirdim.

Qızılın ucuzlaşmasına investitsiya yatırım etmələrini məsləhət görürdüm. Mənim gənc, sevimli müxalifətim olan tələbələr bir informasiyaya görə bu qənaətə gəlmişdilər ki, Rusiyaya qarşı qızıl sanksiyaları dünya birjalarında qızılı bahalaşdıracaq. Ancaq mən dünyanın ən böyük qızıl ixracatçılarından olan Hindistanın hansı addımlar atacağını gözləməyin faydalı olduğunu bildirdim. Doğrudur Rusiyanın enerji resurslarından sonra ən böyük ixracı qızıldır. Hər il qızıl ixracatından 20 milyard dollar qazanır. Lakin rus qızılı qlobal qızıl ixracatında cəmi 5 faiz təşkil edir. Rusiyadan ən çox qızıl alan da Böyük Britaniyadır. Rus qızılının 17 milyard dollarlıq hissəsini Britaniya alır. Yəni rus qızılına sanksiya tətbiq edildikdə, ruslar alternativ bazar kimi Asiya birjalarına çıxmaq istəyəcəkdilər. Məhz bu gözlənilən olduğundan "G-7" ölkələriinin yuridiksiyasından kənara çıxıb Asiya bazarına girmək heç də asan olmayacaqdı. Olmadı da.

Dünən günün sonunda Hindistan qızıl idxalına görə vergi dərəcəsini 7,5 faizdən 12,5 faizə qaldırdığını açıqladı. Birjada qızılın bahalaşmasını gözləyənlər yanıldılar. Və nəticə göz qabağındadı. Bu saatlarda da davam edən qızılın unsiyası 0,7% ucuzlaşma ilə 1794 dollardan ticarət olunur. Azalma davam edir. İndi məni dinləyənlər 10 faiz gəlir, mənə müxaliflik edib "qızıl bahalaşacaq" deyən sevimli müxalif dostlarım 8 faiz itki ilə qarşılaşdı.

iqtisadçı-ekspert Razi Abbasbəyli

visiontv.az