Rusiyadan gətirilən azərbaycanlılar arasında koronavirus aşkarlanıb
25.04.2020

Mart ayı ərzində 10 mindən çox Azərbaycan vətəndaşı hava yolu vasitəsilə ölkəmizə gətirlib.

Visiontv.az xəbər verir ki, bu barərə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, AZAL may ayı ərzində beynəlxalq uçuşlar bərpa etməyəcəyini bəyan edib. Buna baxmayaraq xaricdə qalan vətəndaşlarımız xüsusi reyslərlə vətənə gətiriləcək. "Rusiyadan gətirilən 548 nəfər arasında yoluxma fakrtı aşkarlanıb. Bu biur daha göstərir ki xaricdən gələnlər üçün xüsusi karantin rejimi tətbiq edilməli və sonra evə buraxılmalıdır", - deyə Ramin Bayramlı əlavə edib.